
Gədəbəy rayonunun şimalında, sıra dağların qoynunda dadı dillər əzbəri olan bulaqlar axır. “Slavyanka” 2004-cü ildən etibarən o saf və təbii bulaqların suyunu süfrələrinizə gətirir. İstehlakçılara təqdim etdiyimiz ilk suyun mənbəyi Gədəbəyin Slavyanka kəndində yerləşən “Novlu” bulağıdır. Adımızın tarixi məhz buradan gəlir. İllər keçdikcə saf və təbii suya artan tələbat artdı və biz 2010-cu ildə Gədəbəy rayonunun Zəhmət kəndində dünya standartlarına uyğun yeni texnologiyalarla təchiz olunmuş “Gədəbəy Mineral Suları” fabrikini istifadəyə verdik. Hal-hazırda “Slavyanka” suları dəniz səviyyəsindən 1500 metr yüksəklikdə Gədəbəy dağlarında yerləşən 12 bulağın suyundan formalaşır. Bulaqlardan gələn su fabrikdə toplanaraq, mineral tərkibi qorumaqla təmizləmə prosedurlarından keçir və ölkəmizin bütün regionlarına çatdırılır.


